Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd M-75 əl qumbarası, 1 ədəd M-75 P1 partladıcısı, 18 ədəd 7,62 mm-lik atıcı silah mərmisi, 1 ədəd AKM güllə sandığı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı