O vaxt Hadrut istiqamətində Ermənistan bölmələrinə bizim ordunun formasını geyinmiş və erməni dilində sərbəst danışan Azərbaycan əsgərləri sızırdı.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdan Ermənistana köçmüş, müharibədə iştirak etmiş müğənni Artur Xaçents deyib.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri çox rahat şəkildə ermənilərin aralarına girə bildikləri üçün separatçılar qorxuya düşüblər:
“Bu səbəblə bizimkilər çox narahat idilər. Onlara qatılmaq üçün yeni gələnləri başdan sona diqqətlə incələməyə çalışırdılar. Çünki bizi özümüz kimi geyinib danışanlardan çətin ayırd edə bilirdilər. Sonra mənə inandılar. Onlara izah etdim ki, mən buralarda böyümüşəm. Bu torpağın hər yerini yaxşı bilirəm. Səsim də var. Mahnı oxuyub onları ruhlandıra bilərəm. Onlara kədərli deyil, intiqam hissi dolu mahnı səsləndirdim”.
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı
- Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü