Ukrayna ordusunun Kursk vilayətinə daxil olması Qərb ölkələrinin silah təchizatına təsir etməyəcək.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı hərbi ekspert və ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin deyib.
"Məncə, bu fakt təchizata heç cür təsir etməyəcək. Planlaşdırıldığı kimi silah verirlər və görünür, kifayət qədər silah var. Baxmayaraq ki, şikayət edərək, silahların kifayət etmədiyini deyirlər", - o bildirib.
Kapitan qeyd edib ki, ABŞ plana uyğun olaraq Kiyevə yardım edir, ona görə də Ukrayna Silahlı Qüvvələrində mərmi və pilotsuz təyyarə çatışmazlığı yoxdur.
Bundan əlavə, analitik vurğulayıb ki, Qərb ölkələri hava hücumundan müdafiə sistemlərinin tədarükü baxımından Kiyevə hərbi dəstəyi artıra bilər.
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı
- Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü
- Metrodakı hadisəyə görə 2 nəfər... - TƏBİB