NATO ölkələri Çindən gələn mümkün təhlükəyə qarşı çıxmaq üçün Sakit okeanda qüvvələr yaratmağa başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
"NATO yeni yerlərə hərbi gəmilər göndərməklə Sakit okeanın qərbində mövcudluğunu artırır. Bu da alyansın regionda artan təsirindən narahat olan Çinlə münasibətlərin gərginləşməsinə səbəb ola bilər. İtaliyanın yeganə təyyarədaşıyan gəmisi "Cavour" bu yaxınlarda Sakit okean regionuna göndərilib.
Britaniyanın HMS "Prins of Vels" təyyarədaşıyan gəmisi oraya 2025-ci ildə gələcək. Fransa da öz növbəsində bölgəyə özünün “Şarl de Qoll” təyyarədaşıyan gəmisini göndərmək niyyətindədir", - məlumatda deyilir.
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı