İyun ayında Avrozonada xarici ticarət profisiti 22,3 milyard avro təşkil edib.
BUTA.TV Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına istinadla xəbər verir ki, iyunda Avrozonada ixracın dəyəri ötən illə müqayisədə 6,3 faiz azalaraq 236,7 milyard avro olub. İdxalın dəyəri isə 8,6 faiz azalaraq 214,4 milyard avro təşkil edib.
Hesabat ayında Avropa Birliyində (AB) ixrac 212,3 milyard, idxal isə 191,4 milyard avro olub. İyunda AB dövlətlərindən ən çox məhsul idxal edən ölkələrin ilk üçlüyündə ABŞ (44,6 milyard avro), İngiltərə (28 milyard avro) və Çin (19,1 milyard avro) qərarlaşıb. AB-yə ən çox məhsul ixrac edən ölkələr isə Çin (39,7 milyard avro), ABŞ (25,9 milyard avro) və İngiltərə (14,1 milyard avro) olub.
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı