Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
BUTA.TV xəbər verir ki, xidmət rəsmisi Qafar Ağayev Azərtac-a bildirib ki, araşdırma zamanı həmin müəssisənin “17 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.
Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib.
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı