Qərb siyasətçilərinin Ukrayna ordusunun Rusiya ərazisində, Kursk vilayətində əməliyyatına reaksiya verərkən artıq “qırmızı xətlər”dən danışmaması sağlam düşüncənin qələbəsi kimi qiymətləndirilə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Litvanın müdafiə naziri Laurinas Kasciunas deyib.
"Nə yaxşı ki, Ukrayna şimalda bu əməliyyata başlayanda Qərbdən “qırmızı xətləri” keçmək barədə heç nə eşitmədik. Ukraynanın müdafiə strategiyasının bir hissəsi kimi bu cür əməliyyatları keçirə biləcəyi açıq şəkildə ifadə edildi. Bu yaxşıdır, bu yaxşı xəbərdir və sağlam düşüncənin qələbəsidir. İndi Ukraynanın Qərb müttəfiqləri növbəti məntiqli addımlar atmalı və birincisi, Ukraynaya kifayət qədər uzaqmənzilli silahlar göndərməli, ikincisi, onların Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı istifadəsinə icazə verməlidir", - o bildirib.
Litvalı nazirin sözlərinə görə, Kursk vilayətində keçirilən əməliyyat həm də Rusiya Prezidenti Vladimir Putinin aşağılanmasıdır.
O qeyd edib ki, Ukrayna ordusu üçün uzun müddət Kursk vilayətində ərazi saxlamaq çətin olacaq:
"Lakin eyni zamanda, əməliyyatın nəticələri danışıqlarda Ukraynanın mövqeyini gücləndirəcək".
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı