Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı dövlətə 50 milyard tengedən (104 milyon dollardan çox) çox aktivi qaytaracaq.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun Aktivlərin Bərpası Komitəsi məlumat yayıb.
Məlumata görə, komitə Satıbaldıulının təqsirli bilinməsi və qanunsuz əldə edilmiş əmlakın qaytarılması ilə bağlı prosessual razılaşmanın şərtlərinin yerinə yetirilməsi üzərində işləyir:
"Qiymətləndirməni nəzərə alsaq, bu aktivlərin ümumi məbləği 50 milyard tengedən artıqdır. Bu günə olan məlumata görə, 18 milyard tengelik aktivlər artıq geri qaytarılıb. Bunlara Almatıdakı iki böyük biznes mərkəzi, kommersiya daşınmaz əmlakı və ölkəmizin paytaxtının prestijli ərazisində yerləşən elit ev daxildir".
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı