Xəbər verdiyimiz kimi, Daxili Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Qurbanov xəstəlikdən vəfat edib.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, vəfat edən hərbi qulluqçu Xaçmaz rayonundandır.
Onun atası və qardaşı eyni vaxtda Vətən müharibəsində savaşıb.
Atası Nəriman Qurbanov Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib. O, 2001-2021-ci illərdə hərbi xidmətdə olub. O, baş gizir kimi Zəngilanın, Xocavəndin azad edilməsi uğurunda döyüşlərin iştirakçısı olub və bir sıra medallarla təltif olunur.
Sərxan Qurbanovun qardaşı Orxan Qurbanov da İkinci Qarabağ müharibəsində döyüşüb. O, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək