İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Milli Birlik Partiyasının sədri Benni Qantzdan mart ayında nazir olarkən ABŞ və Böyük Britaniyaya səfərlərinin xərclərini ödəmək üçün götürdüyü 70 min şekeli (19 min dollar) dövlət xəzinəsinə qaytarmasını tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.
Qantza göndərilən məktubda Netanyahu həmin səfəri təsdiq etmədiyi üçün pulların qaytarılmasını tələb edib.
Məlumatda qeyd olunub ki, hökumət siyasətinə əsasən, baş nazir digər nazirlərin xaricə səfərlərini təsdiqləməlidir.
Buna cavab olaraq Qantzın ofisindən bildirilib ki, onun Vaşinqtonda yüksək səviyyəli ABŞ rəsmiləri, o cümlədən vitse-prezident Kamala Harrislə görüşdüyü səfər İsrailin təhlükəsizliyini qorumaq üçün mühümdür.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək