Bu yol hər an Azərbaycanın nəzarətinə keçə bilər

01:04 - 15 Avqust 2024 - GÜNDƏM

 Bu yol hər an Azərbaycanın nəzarətinə keçə bilər

00:25

Düşmən (Azərbaycan nəzərdə tutulur – red.) artıq Kirantsda və qonşu kəndlərdə məskunlaşıb.

BUTA.TV xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan jurnalistlərlə söhbətində deyib.

“Ermənistan-Gürcüstan dövlətlərarası yolu hər an Azərbaycanın nəzarətinə keçə bilər”, - o bildirib

Bu xəbər hal-hazırda çox oxunur
Qazaxıstandan gəldi, Qarabağ uğrunda şəhid oldu

Danielyan delimitasiya və demarkasiya nəticəsində Azərbaycana təhvil verilən ərazidəki ev və torpaqlara görə ödənilən kompensasiyanın mənbəyini açıqlamaqdan hökumətin imtina etdiyini də xatırladıb. O qeyd edib ki, hökumət bunu “məxfi məlumat” adlandırıb.

Xatırladaq ki, kompensasiya olaraq sakinlərə evlərinin real dəyərindən bir neçə dəfə çox – 150-170 min dollar pul verildiyi iddia edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol