Ötən gün Rusiya ordusu ballistik raketlə Odessaya hücum edib və şəhərdə güclü partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, axşam saatlarında Ukrayna Hərbi Hava Qüvvələri müvəqqəti işğal olunmuş Krım ərazisindən Rusiyanın ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib. Ardınca isə raketin Odessaya doğru getdiyi barədə xəbərdarlıq olunub. Şəhərdə güclü partlayış baş verib. Sosial şəbəkələrdə insanlar partlayışdan evlərin silkələndiyini, küçələrdə avtomobil siqnallarının işə düşdüyünü yazıblar.
Ukraynanın Cənub könüllülər ordusunun nümayəndəsi Sergey Bratçuk partlayışla bağlı müəyyən faktları təsdiqləyib:
"Düşmən müvəqqəti olaraq işğal olunmuş Krım ərazisindən Odessaya hücum edib. Hücum "İsgəndər-M" vasitəsilə həyata keçirilib. Orada müvafiq qurumlar çalışır".
Odessa vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Rusiya ballistik raketlə rayon mərkəzinə hücum edib:
"Təcavüzkarın hədəfi limanın yaxınlığındakı mülki infrastruktur olub. Taxıl daşıyan maşının sürücüsü xəsarət alıb, vəziyyəti orta ağırdır".
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək