Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, yenidən yerləşdirməyə hazırlıq Finlandiya Prezidenti Aleksandr Stubb tərəfindən təsdiqlənib.
“Bölmələr hazırda Tromsoda yerləşir, lakin bu, Rusiya ilə sərhəddən çox uzaqdır. Buna görə də Norveç hərbçilərini Finlandiyanın Laplandiyasına, yəni mümkün təhlükəyə daha yaxın yerə köçürməyi nəzərdə tutur”, – nəşr mənbələrdən birinə istinadla yazıb.
Yerləşdirmə ilə bağlı müzakirələrin oktyabrda Stubbun Norveçə səfəri zamanı aparılacağı gözlənilir.
- Direktor danışdı: Şagird sinif yoldaşını necə yandırıb? - Video
- Mövsümün ilk gilası 227 manata satıldı
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək