Ağsu və Kürdəmirdə 3 gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz”dan BUTA.TV-a verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 05.07.2024-cü il tarixində saat 09:00-dan etibarən 07.07.2024-cü il tarixində işlər başa çatanadək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video