Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayının 6-da Azərbaycan səfəri ləğv edilib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyə millisinin futbolçusu Merih Dəmiral “AVRO-2024” futbol çempionatının 1/8 final mərhələsində Türkiyə-Avstriya matçında qol vurduqdan sonra əli ilə "Bozqurd" işarəsini göstərib. Bundan sonra UEFA Türkiyə milli komandasının futbolçusu ilə bağlı araşdırmaya başlayıb.
Qeyd olunub ki, bu hadisədən sonra Ərdoğan milliyə dəstək vermək məqsədilə Almaniyaya səfər edərək oyunu stadiondan izləyəcək:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
"Prezident Ərdoğan milliyə dəstək olmaq və onların yanında olduğunu göstərmək üçün iyulun 6-da Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının görüşünü ləğv edərək Almaniyaya getməyə qərar verib. Ərdoğan Türkiyə - Hollandiya matçını stadiondan izləyəcək".
Xatırladaq ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırırdı.
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video