Xəbər verdiyimiz kimi, Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, artıq T.Karamollaoğlunu əvəz edəcək şəxsin adı da bəlli olub.
Bildirilib ki, ötən gün Karamollaoğlunun liderliyində partiyanın iclası keçirilib.
İclasda sədrliyə yeganə namizədin partiyanın İstanbul üzrə millət vəkili Birol Aydın deyil, Kayseri millət vəkili Mahmud Arıkan olduğu iddia edilib.
Qeyd olunub ki, partiyanın yeni sədri iyunun 24-də ictimaiyyətə açıqlanacaq.
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video