Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Xantı-Mansiyskdə keçirilən beynəlxalq İT forumunda çıxış edən Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali deyib.
“Pakistan prinsipcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa razıdır və müvafiq prosedura başlayıb. Biz bu istiqamətdə irəliləyirik", - səfir əlavə edib.
Diplomat Pakistanın Böyük İpək Yolu marşrutunu canlandırmaq niyyətindən də danışıb:
“Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Pakistanın sitrus meyvələrinin ilk partiyası İran və Azərbaycandan Dağıstana çatdırılıb. Bu yeni marşrut artıq 1 milyard dollara çatan ticarət həcmini artırmaq üçün imkanlar açır”.
Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video