Ən azı 98 Hindistan vətəndaşı mövcud xroniki xəstəliklər səbəbindən Məkkədə Həcc ziyarəti zamanı vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval deyib.
“Bu il Həcc ziyarətinə 175 min hindistanlı zəvvar gedib. Onlardan 98-i ölüb”, - o bildirib.
Onun sözlərinə görə, hindlilərin ölümünə səbəb xroniki xəstəliklər, eləcə də qocalıq olub:
“2023-cü ildə isə Məkkədə Həcc ziyarəti zamanı 187 Hindistan vətəndaşı dünyasını dəyişmişdi”.
Qeyd edək ki, temperaturun 51,8 dərəcəyə çatdığı Məkkədə isti hava səbəbindən Həcc ziyarəti zamanı ölənlərin sayı 1081 nəfər olub.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi