İyunun 19-da Təbrizin Tibb Elmləri Universitetinin toplantı zalında İran prezidentliyinə namizədlərin nümayəndələrinin tələbələrlə görüşündə qalmaqal yaşanıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.
Qalmaqala təbrizli tələbənin İran parlamentinin spikeri və prezidentliyə namizəd Məhəmməd Bagir Qalibafın nümayəndəsinə ünvanladığı sual səbəb olub.
Tələbə Qalibafın bundan əvvəlki iki dövr parlament sədri olduğu vaxtlarda ona yaxın olan bir sıra millət vəkillərinin korrupsiya əməlləri ilə bağlı sual ünvanlayıb. Qalibafın nümayəndəsi nəzarətçilərdən tələbəni zaldan çıxarmalarını istəyib. Tələbənin zaldan çıxarılması isə etirazlara yol açıb.
Zalda olan tələbələrin əksəriyyəti Qalibafın nümayəndəsini fitə basaraq zalı tərk ediblər.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi