İyunun 21-də səhər saatlarında Belarus ordusunun döyüş hazırlığının qəfil yoxlanılması elan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Brest və Qomel vilayətlərində - Ukrayna ilə həmsərhəd ərazilərdə keçirilir.
“Yoxlamaya operativ komandanlıqların hərbi hissələri və bölmələri, xüsusi təyinatlı qoşunlar, raket və artilleriya, hava qüvvələri və hava hücumundan müdafiə qoşunları cəlb olunub. Bu müddət ərzində ümumi istifadədə olan yollarda hərbi texnikanın hərəkəti mümkündür”, - deyə hərbi idarədən bildirilib.
Hərbi hissələrdə əvvəlki qəfil yoxlama mayın 7-də Belarusda həyata keçirilib.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi