Lənkəranda avtomobil məhəccərə çırpılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu km-də baş verib.
Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hunday" markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb.
Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi