Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib. Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib:
“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.
H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:
“Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var”.
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video