Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Yugoimport SDPR" şirkətini ziyarət edib.
Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra "Rastko Nemanyiç" hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub.
Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib. General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman