Nikah yaşının 1 il azaldılması ilə bağlı insanlar icra hakimiyyətindən icazə alırlar. Lakin icazə alanlardan yalnız 1%-inin ata-anası ağır vəziyyətdə olan ailələrdəndir, qalanları tam sağlam ailələrdir.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Hicran Hüseynova bildirib ki, həmin sağlam ailələr gəlir ki, oğlunu, qızını evləndirmək istəyir:
“Statistikaya baxsaq görərik ki, həmin zaman evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Şəxsən neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm, lakin məcbur evləndirirlər. Bəs onlara nə edək?! Necə kömək edək?! Bu 1 il nə üçün belə böyük problemə çevrilib ki, bunlar dözə bilmirlər? 18 yaşına çatdıqdan sonra ailə qura bilməzlərmi?!”.
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman