MN-in baş direktoru Krosetto ilə görüşdü

16:52 - 20 İyun 2024 - GÜNDƏM

 MN-in baş direktoru Krosetto ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.

Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Balakişi Qasımovun səlahiyyət müddəti bitdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol