Azərbaycan vətəndaşları Rahib Sahib oğlu Hüseynov və Murad Teyyub oğlu İbrahimovun Rusiyadan ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Murad Teyyub oğlu İbrahimovun qəsdən sağlamlığa ağır zərər vurma, Rahib Sahib oğlu Hüseynovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.
Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman