Meyxanaçı Ağamirzə Məmmədovun qızı Amerikada ailə qurub.
BUTA.TV axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "Qonaqcanlı" verilişində deyib. İfaçı toyda iştirak edə bilməyib: "Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Məmmədoğlu - red.) də toyu idarə edib".
Bundan başqa, meyxanaçı baba olub, böyük qızının övladı dünyaya gəlib.
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video