Hazırda Türkiyə SEZAR-la demək olar ki, eyni parametrlərə malik MKE YAVUZ T-155 haubitsalarını istehsal edir. Qardaş Azərbaycan da istənilən vaxt bu haubitsaları əldə edə bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar Ermənistanın Fransadan “Sezar” haubitsaları almaq üçün müqavilə imzalamasını şərh edərkən deyib.
O bildirib ki, atış məsafəsi 40 km olan “Sezar”lar sürətlə yerini dəyişmək xüsusiyyətinə görə çətin hədəf sayılır:
“Topu daşıyan yük maşınının sürəti isə saatda 90-100 km-yə qədərdir. Beləliklə onu müəyyən etmək və vurmaq çətinləşir. Ona görə də bu haubitsaları Ermənistan ordusunu gücləndirəcəyi qənaətimizi bir daha təkrarlayırıq”.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış