Bakının Şüvəlan qəsəbəsində dəniz kənarında baş verən ağır cinayətin təfərrüatı məlum olub.
Belə ki, hadisə çimərlikdən təxminən 100 metr kənarda baş verib. Şahidlər bildiriblər ki, ilk olaraq mübahisə dörd nəfər arasında başlayıb:
"İki qadın və iki bəy yeyib-içdikdən sonra yol kənarına çıxıblar, ardınca mübahisə yaranıb və bəylər xanımları döyüblər. Mərhum Adil Talıbov isə gəlib onları sakitləşdirmək istəyərkən dava düşüb. Sonra bəylər xanımları yola salıb, geri qayıtdılar. A.Talıbov onlardan qaçaraq canını qurtarmaq istəyib. Lakin onu 15-20 nəfər döyüb, iki yerdən bıçaqladılar. Mətləb Süleymanlı adlı şəxs ona kəsici alətlə xəsarət yetirərək öldürdü".
Qeyd edək ki, mərhum Adil Talıbov Rusiyada yaşayırmış və qonaq qismində bir neçə günlük Bakıya gəlibmiş.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış