Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson İslamı qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a idmançı özü məlumat verib. Monson çərşənbə günü Moskvada şəhadəti (İslamı qəbul etmə şəhadətnaməsi) elan edib.
"Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır", - Monson deyib.
Monsonun 53 yaşı var və 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.
Monson daha əvvəl 2018-ci ildə ABŞ vətəndaşlığından imtina etdi, Rusiya Federasiyasının vətəndaşı oldu. 2023-cü ilin sentyabrında “Vahid Rusiya” partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış