Zaqatalada bədbəxt hadisə baş verib.
BUTA.TV xəbər verir ki, rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.
Babası Mollamusa Əliyev bildirib ki, bir gün əvvəl kəndə istirahətə gələn mərhum dostları ilə birlikdə Katex çayına üzməyə gedib:
"Dünən gecə evə gəlib, saat 8-9 da ona zəng etdilər, taksiyə minib getdi. Daha sonra iki nəfər gəlib dedi ki, Ülfət çiməndə boğulub ölüb, morqdadır. Nəvəm suya girən kimi dərin yerə batıb. Çıxarmaq mümkün olmayıb".
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış