Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
“Görüşdə Ermənistan-Fransa əməkdaşlığının perspektivləri və çoxtərəfli platformalar məsələlərinə toxunulub”, - məlumatda bildirilib.
Xatırladaq ki, daha öncə Ermənistanın Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılmışdı.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış