Tanınmış idmançı və aktyor Şükran Soltanov atdığı addımla gündəmə gəlib.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, atasına balaca "Prank" edən bodibilder daha sonra onun illərlə arzuladığını reallaşdırıb.
Belə ki Şükran 65 yaşı olan valideyninə həmişə arzuladığı "Mersedes" markalı avtomobil hədiyyə edib.
Bu anları sosial şəbəkə hesabından paylaşan idmançı düşüncələrini belə ifadə edib:
"Atamın 65 yaşı tamam oldu. Ata, səni ürəkdən təbrik edirəm. Sən hər şeyin ən gözəlinə layiqsən. Sənə nə etsəm də, azdır. Yadıma gəlir, hər zaman, bu sənin arzun olub. Ala bilmədiyin maşın idi. Allah sənə çox uzun ömür bəxş etsin. Nə qədər ki, canımda can var, hər bir arzunu həyata keçirim. Sənin də, anamın da. Dostlar, yenə deyirəm, söhbət avtomobilin hansı qiymətə olmasından getmir, məsələ illər öncə arzu edib, ala bilmədiyi maşından gedir".
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış