Çox xoşbəxtik. Çoxlu təsadüflərin bir araya gəldiyi bir gün oldu. Bayram, mənim ad günüm. Qələbə etdiyimiz fədakarlıqların mükafatı idi. İndi xoşbəxtik, amma sabahdan növbəti matça hazırlaşacağıq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstana qalib gəldikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib.
"Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik. Final mərhələsinə layiq matç oldu. Qapıya 22 zərbə vurduq. Performansı yüksək qiymətləndirdim. Sonra bir az rahatlaşdıq. VAR ikinci qola icazə vermədi. Lakin bu gün 52 yaşıma keçdiyimə görə ala biləcəyim ən yaxşı hədiyyə idi", - Montella qeyd edib.
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...