Yunanıstan sahil mühafizəsi hərbçiləri immiqrantları bilə-bilə suya atıb öldürüb?
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, belə bir iddia BBC-nin hazırladığı "Ölü sakitlik: Aralıq dənizində qətllər?" sənədli filmində səsləndirilib.
Belə ki, sənədli filmdə 2020-ci ilin mayından 2023-cü ilin mayına qədər rast gəlinən 15 hadisədə 43 immiqrantın həyatını itirdiyi bildirilib.
Bundan başqa çox sayda immiqrantın ölümündə Yunanıstanın sahil mühafizəsinin məsuliyyət daşıdığı və onlardan 9-nun qəsdən dənizə atılaraq ölümə tərk edildiyi iddia olunub. Ümumilikdə sənədli filmdə Yunanıstan sahil mühafizəsinin immiqrantları ya dənizdən xilas etməməsi, ya da sahilə çatanları yenidən dənizə atması nəticəsində 3 ildə 40-dan çox insanın ölümünə səbəb olduğu deyilir.
Bu iddiaları Yunanıstan sahil mühafizəsi rədd edib. Yunanıstanın Dəniz və Ada Siyasətləri Nazirliyi görüntülərin ölkənin müstəqil Milli Şəffaflıq Təşkilatı tərəfindən araşdırıldığını təsdiqləyib.
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video