Dünya ətrafında ilk fasiləsiz uçuşu həyata keçirən amerikalı pilot Dik Rutan 85 yaşında vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press” nəşri məlumat yayıb.
Agentlik bildirib ki, Dik Rutan Aydaho ştatındakı müalicə aldığı xəstəxanada ölüb.
Dostu Bill Uitlın sözlərinə görə, pilot ağır ağciyər infeksiyası keçirmişdi.
Qeyd edək ki, Dik Rutan ikinci pilot Cin Yegerlə birlikdə 1986-cı ildə aviasiya tarixində ilk dəfə olaraq fasiləsiz dünya turu həyata keçirmişdi. Uçuş 9 gün 3 dəqiqəyə başa gəlmişdi.
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto
- Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın