ABŞ-da yeni LRAM uzaqmənzilli raketinin uçuş sınaqlarına başlanılıb.
BUTA.TV xəbər verir ki bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, yeni raket ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan naməlum model əsasında hazırlanıb:
“Bu raket 280 km məsafədə quruda və suda hərəkət edən hədəfləri vurmağa imkan verəcək. Bu, “Viper” helikopterlərinin mövcud hava-yer raketləri ilə əldə edə biləcəyindən daha çoxdur. Hazırda “AH-1Z Viper” helikopterləri təqribən 11 km mənzilli “AGM-114 Hellfire” hava-yer raketləri və 8 km-ə qədər mənzilli “AGM-179” hava-yer raketləri ilə təchiz edilib. Raketin ilk döyüş buraxılışı 2025-ci ilə planlaşdırılır”, - məlumatda qeyd olunub.
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto