Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində və Şərur rayonu, Danyeri kəndində çoxmənzilli yaşayış binasının zirzəmisinin və qeyri-yaşayış obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
BUTA.TV xəbər verir ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto