CHP lideri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni nazirlik yaradılması ilə bağlı təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə partiya sədri özü açıqlama verib.
“Mən cənab Ərdoğana təklif etdim ki, zəlzələ ilə bağlı nazirlik yaratsın.
Onun adı birbaşa Zəlzələ Nazirliyi də ola bilər və yaxud Təbii Fəlakətlərlə Mübarizə və Zəlzələyə Hazırlıq Nazirliyi də qoymaq olar. Cənab prezident bunu diqqətlə izlədi və qeydlər apardı. Ancaq bildiyiniz kimi, Konstitusiyaya uyğun olaraq yeni nazirliklərin yaradılması onun səlahiyyətindədir. Onun hansı addımı atacağını bilmirəm. Mən nazirliyin yaradılmasını istəyərdim. Hətta, təklif edilsə, sözügedən nazirliyə partiyamızdan nazir müavini də təyin edərdim”, - Ö.Özəl bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl arasında təkbətək görüş baş tutub.
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı