İsraillə aramızdakı ticarətin həcmi 9,5 milyard dollar idi. Amma biz belə ticarət dövriyyəsinə məhəl qoymadan bu qapını bağladıq. Bundan sonrası xeyirli olsun.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əməliyyatlarını dayandırmaq qərarını şərh edərkən deyib.
“İsraillə Fələstin arasında baş verənlər qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlman olaraq sadəcə müşahidə etməyimiz mümkün deyildi. Biz hərəkətə keçməyə məcbur olduq və lazım olan addımı atdıq. 9,5 milyard dollarlıq ticarət dövriyyəmiz var idi, amma indi onu dayandırmışıq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə mayın 2-də İsraillə Qəzza zolağındakı müharibə səbəbindən idxal-ixrac əməliyyatlarını tam dayandırıb.
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək