ABŞ-da “Boinq” təyyarələrinin istehsalında qanun pozuntuları barədə məlumat verən daha bir şəxs müəmmalı şəkildə ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Seattle Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, keçmiş keyfiyyət auditoru Coşua Din “gözlənilməz və sürətlə yayılan infeksiyadan” ölüb:
“45 yaşlı Din sağlam həyat tərzi keçirib və heç nədən şikayət etməyib. Bir il əvvəl o, məhkəmədə “Boinq”in, xüsusən də 737 MAX modelinin təhlükəsizliyi ilə bağlı nə qədər səhlənkarlıq göstərildiyi barədə danışıb. Onun fikrincə, bir sıra təyyarə qəzalarına səbəb məhz istehsalda olan səhvlərdir. Yeni məhkəmə dinləmələrinin başlamasına bir neçə gün qalmış isə o özünü pis hiss edib və xəstəxanaya gedib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər”.
Qeyd edək ki, bir ay əvvəl “Boinq”ə qarşı məhkəmə işlərində çıxış edən daha bir şəxs Con Barnett də “intihar” edib. Həmin vaxt Barnett “Boinq”in keyfiyyət problemləri ilə bağlı məhkəmə işlərində ifadə verirdi. Polis hələ də onun ölüm səbəbini araşdırır.
Hər iki halda qurbanların yaxınları onların qəfil ölümlərindən bir neçə gün əvvəl tamamilə sağlam olduqlarını və özlərini normal apardıqlarını iddia edirlər.
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
- Metropolitenin bu layihəsi ağılsızlıqdır: Milyonları israf etmək...
- Prezident və ailəsinin Qəbələdən səmimi - Fotosu
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...