Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparması rəsmiləşib. Lakin danışıqlar platforması kimi Qazaxıstan paytaxtının seçilməsi Ermənistanda müzakirələrə səbəb olub.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası Almatı danışıqlarının arxasında Türkiyənin dayandığını iddia edir.
“İravunk” nəşri yazır ki, Qazaxıstan Azərbaycan və Türkiyənin Cənubi Qafqazla bağlı siyasətini qeyd-şərtsiz dəstəkləyir: “Əliyev və Ərdoğanın Qarabağ və Zəngəzurla bağlı dedikləri Almatıda da qəbul olunur. Bir sözlə, Ankarada, yaxud Bakıda danışıqlar necə ola bilərsə, Almatıda da elə olacaq. Tokayev də əvvəlcə Azərbaycana səfər etdi və bir aydan sonra sırf bu ideyanı qəbul etdirmək üçün bir neçə saatlıq İrəvanda oldu. Bütün bu prosesin arxasında Türkiyə dayanır”, - nəşr iddia edir.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik