Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləyməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm", - o qeyd edib.
Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO