Başqa bir dövlətin ərazisinin beşdə birini zəbt etmiş Ermənistan kütləvi qətllər, etnik təmizləmələr törədib, milyonlarla insanı doğma evindən didərgin salıb, daha sonra isə heç bir əsas olmadan bu ərazilərə iddia edib.
BUTA.TV xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın hüquq müdafiə heyətinin üzvü, hüquqşünas Stefan Talmon “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.
“Başqa bir dövlətin ərazisinin beşdə birini işğal altında saxlamış, 23 minə yaxın vətəndaşını qətlə yetirən, 3900-ə yaxın insanın itkin düşdüyü vəziyyət yaradaraq, bütöv bir regionu etnik təmizləməyə məruz qoymuş, 1 milyon insanı öz yurd-yuvasından didərgin salmış, onları mülkiyyətlərindən məhrum edən, mədəni irsini məhv edən, təbii sərvətləri talayan bir dövlət ona qarşı heç bir iddianın qaldırılmayacağını necə düşünə bilər? Bu, qeyri-mümkündür, amma Ermənistanın son bir neçə gündə etdiyi məhz budur”, - o vurğulayıb.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO