Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO