Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, müğənni “Firuza İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi” başlıqlı xəbərin yalan olduğunu bildirib.
“Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil! Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə, onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam”, - deyə əməkdar artist açıqlamasında deyib.
Qeyd edək ki, əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də dünyasını dəyişib.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO