Sərhəd əldə edirik. Sərhəd əldə etmək birtərəfli güzəştdirmi? Potensial təcavüzkar tərəfindən sərhədimizin tanınması birtərəfli güzəştdirmi? Hansısa erməni ərazisi, hansısa təpəsi təslim edilibmi? Biz daim deyirik ki, Ermənistanın bir metr ərazisinin təslimatı müzakirə belə edilmir. Ermənistan ərazisindən heç kim heç nə vermir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Mənim zəmanətim qanuni sərhəddir. Zəmanət ondan ibarətdir ki, Azərbaycan tanıyıb ki, bu sütundan sonra Ermənistan var. Dünyada heç kim bundan böyük zəmanət fikirləşməyib. Biz ümumiyyətlə müharibə haqqında fikirləri həm erməni, həm də Azərbaycan gündəliyindən çıxarmalıyıq - bax bu, əsl zəmanətdir”, - o bildirib.
Simonyan qeyd edib ki, etirazçılar üçüncü tərəfin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışır və onları məcburi şəkildə sülhməramlıları ölkəyə gətirmək istəyində ittiham edib.
Lakin o, söhbətin hansı sülhməramlılardan getdiyini dəqiqləşdirməyib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü