Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa Birliyindəki bəzi ölkələri, ABŞ-ı narahat edir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay deyib.
O bildirib ki, bu gün Türkiyə də ikili standartlardan əziyyət çəkir:
“Türkiyənin beynəlxalq aləmdəki gücü hər gün artır, apardığı siyasət uğurlar qazanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yürütdüyü uğurlu siyasətin son dərəcə önəmli olduğunu görürük. Təbii ki, bu da bir çoxlarını narahat edir. Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa Birliyindəki bəzi ölkələri, ABŞ-ı narahat edir. Halbuki bu məsələdə narahat olunacaq nəsə yoxdur. Əksinə, sevinmək lazımdır. Çünki Ermənistan enerjisini iqtisadi inkişafına yönəltməlidir”.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü