Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə Gəncə şəhəri ərazisində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü