Bakıda yerləşən məşhur təhsil ocaqlarından biri əsaslı təmirə bağlanacaq.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət Yasamal rayonu, Mikayıl Müşviq küçəsində yerləşən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından gedir.
Təhsil ocağının təmirə bağlanacağı ilə bağlı məlumatı İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova təsdiqləyib.
O bildirib ki, dərslər qurtaran kimi iyun ayından təmir işlərinə başlanılacaq:
"Təhsil ocağı əsaslı təmirə gedəcək. Təmir işlərinin bir il ərzində aparılması nəzərdə tutulub. Yeni tədris ili başlayan zaman şagirdlərin 189 və 190 nömrəli məktəbələrə köçürülməsi planlaşdırılır. Amma bu, tam dəqiqləşməyib. Valideynlər bu barədə dəqiq məlumatlandırılacaq".
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü